Son iki ayda 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Son iki ayda 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib 2022-ci ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Sosial müdafiə
485
9 Mart , 2022 11:01
Son iki ayda 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 407 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% çox olmaqla 132 mln. manat, təqaüd ödənişləri üçün 25% çox olmaqla 89 mln. manat sərf olunub.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Son xəbərlər

Orphus sistemi