​Aprel ayında 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

​Aprel ayında 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 dəfə çoxdur
Sosial müdafiə
14 May , 2015 10:39
​Aprel ayında 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı. 14 may. REPORT.AZ/ Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin ümumilikdə 273 107 manat məbləğində olan gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aprel ayında ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 dəfə çoxdur.

Həmin məbləğin 272 536 manatı (99,7 faiz) əmək haqlarından, qalanı isə zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarının əsasən sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi