Yuxarı

Son bir ayda 15 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Həmin vəsaitin 13053 manatı əmək haqlarından ibarət olub

Bakı. 13 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin iyul ayında işəgötürənlərin ümumilikdə 14 693 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödəməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata əsasən, həmin vəsaitin 88,8 faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

Ümumilikdə bu ilin yanvar-iyul aylarında DƏMX-nin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manat təşkil edib. Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi