Son beş ayda 15 minə yaxın şəxsə əlillik təyin edilib

Son beş ayda 15 minə yaxın şəxsə əlillik təyin edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edib.
Sosial müdafiə
18 İyun , 2021 14:46
Son beş ayda 15 minə yaxın şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edib.

"Report" xəbər verir ki, onlardan 4700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir

Son xəbərlər

Orphus sistemi