Son 6 ayda DSMF-də fərdi uçota alınanların sayı açıqlanıb

Son 6 ayda DSMF-də fərdi uçota alınanların sayı açıqlanıb Bu ilin 6 ayı ərzində 122,5 min nəfər artaraq iyulun 1-nə 3 milyon 98 min nəfərə çatıb
Sosial müdafiə
24 İyul , 2015 12:38
Son 6 ayda DSMF-də fərdi uçota alınanların sayı açıqlanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı açıqlanıb. Fonddan "Report"a verilən xəbərə görə, bu ilin 6 ayı ərzində 122,5 min nəfər artaraq iyulun 1-nə 3 milyon 98 min nəfərə çatıb. 

Bu ilin I yarısında sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi, eləcə də Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti öz fəaliyyətini davam etdirir. "Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir", - Fonddan bildirilib.

Son xəbərlər

Orphus sistemi