Son 6 ayda 1000-dən çox şəxs birdəfəlik maddi yardımla təmin edilib

Son 6 ayda 1000-dən çox şəxs birdəfəlik maddi yardımla təmin edilib 8 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi üçün müvafiq məbləğdə vəsait ödənilib
Sosial müdafiə
21 İyul , 2015 15:27
Son 6 ayda 1000-dən çox şəxs birdəfəlik maddi yardımla təmin edilib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 1 064 nəfər əlilliyi olan şəxsi və 112 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Son 6 ayda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin, ƏƏSMN-dəki "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"nın qərarları ilə sosial müdafiəyə daha çox ehtiyacı olan 262 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 nəfər və ya 20,7 faiz çoxdur.

Eyni zamanda, həmin Komissiyanın qərarları əsasında hesabat dövründə 8 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi üçün müvafiq məbləğdə vəsait ödənilib. Habelə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası"nın müvafiq rəyi əsasında 12 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsi üçün nəqliyyat xərcləri nazirlik tərəfindən ödənilib.

Son xəbərlər

Orphus sistemi