Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar açıqlanıb - SİYAHI

Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar açıqlanıb - SİYAHI Övladlarına Məsləhət, Naryəddin, Narika adlarını verənlər var
Sosial müdafiə
1738
28 Oktyabr , 2017 11:18
Son 5 ildə Azərbaycanda körpələrə verilən qəribə adlar açıqlanıb - SİYAHI

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda uşaqlara qoyulan xeyli sayda qəribə adlar var.

"Report"un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, son beş ildə doğulan körpələrə verilən adlar siyahısında da bir sıra qəribə adlar yer alıb.

Belə ki, son beş ildə bir körpəyə Möcüzənur, bu il iki körpəyə Taliyə (son beş ildə 9), son beş ildə 3 körpəyə Məsləhət, 3-nə Xəzəl, 2-nə Qızıl, 1-nə Qızılşan, bu il 4 körpəyə Gümüş (son beş ildə 50), son beş ildə 4-nə Qoca, 1-nə Qocaman, 1-nə Qocabəy, 10-na Cavan, 1-nə Cavani adı verilib.

Son beş ildə 28 körpə Ada (bu il 6), 11-i Adam, 3-ü Aday, 1-i Adaş, 3-ü Adanur, 121-i Narin (bu il 16), 7-si Naridə (bu il 3), 3-ü Nardanə, 2-si Narina, Nariyyə və Naryəddin adını alıb.

Uşaqlara verilən qəribə adlar arasında Adanur, Adalin, Adalara, Adail, Narputa, Narizə, Nariyat, Narilə, Narika, Narif, Nariel, Nari, Nargözəl, Nargilə Nur, Almara, Almarə, Almayə, Almagül və s. adlar da yer alıb.

Bu il ölkədə 5 körpəyə Qəribə (son beş ildə 25), son beş ildə 3-nə Qəribəli adı verilib.

Son xəbərlər

Orphus sistemi