Son 5 ayda “İş yerinə dair arayış” elektron xidmətindən istifadə 30 faizdən çox artıb

Son 5 ayda “İş yerinə dair arayış” elektron xidmətindən istifadə 30 faizdən çox artıb Mayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu xidmətindən 15 902 dəfə istifadə edilib
Sosial müdafiə
9 İyun , 2016 15:11
Son 5 ayda “İş yerinə dair arayış” elektron xidmətindən istifadə 30 faizdən çox artıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin mayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətindən 15 902 dəfə istifadə olunub.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu rəqəm ötən ilin may ayı ilə müqayisədə 18,7 faiz, cari ilin aprel ayı ilə müqayisədə isə 15,7 faiz çoxdur. Ümumilikdə bu ilin yanvar-may aylarında vətəndaşlar e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çox, yəni 73 001 dəfə faydalanıblar.

Hər bir şəxs “Elektron hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçməklə iş yerinə dair arayışı real vaxt rejimində əldə etmək imkanına malikdir. İstifadəçi həmin arayışı elektron formada aidiyyəti təşkilata göndərə, ya da kağız formasında çap edib təqdim edə bilər. Bu sənəddə işəgötürən haqqında məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti, digər məlumatlar əksini tapır. Arayışın təqdim edildiyi hər hansı təşkilat isə onun üzərindəki ştrix-kod vasitəsilə "E-hökumət" portalında arayışın, orada əksini tapan məlumatların düzgünlüyünü yoxlaya bilir.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən bu il iyunun 1-fək ümumilikdə 300 min dəfəyə yaxın istifadə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi