SOCAR xeyriyyə marafonunda iştirak edəcək

SOCAR xeyriyyə marafonunda iştirak edəcək Marafon mayın 1-də keçiriləcək
Sosial müdafiə
18 Aprel , 2016 12:06
SOCAR xeyriyyə marafonunda iştirak edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə mayın 1-də “Bakı Marafonu-2016” keçiriləcək.

"Report" SOCAR-a istinadən xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilən Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Yüzlərlə SOCAR işçisinin marafona qoşulması gözlənilir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 km məsafə qət edilməklə Bakı Olimpiya Stadionunda başa çatacaq.

"SOCAR özünün sosial məsuliyyət layihələri çərçivəsində Azərbaycanda məcburi köçkünlərə maddi yardımlar göstərilməsi, sosial dayanıqlığın və məşğulluğun təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Şirkət Azərbaycan idmanının, o cümlədən, şahmat, cüdo, futbol və digər idman növlərinin inkişafına da daim qayğı göstərir və dəstək verir. SOCAR Bakı Marafonunda iştirakını məhz kimsəsiz uşaqlara yardım əli uzatmaq, insanları sağlam həyat tərzinə təşviq etmək və əməkdaşlarının kollektiv ruhunu gücləndirmək üçün effektiv vasitə kimi görür və bütün əməkdaşlarını marafonda iştirak etməyə dəvət edir", - deyə şirkətdən qeyd olunub.                               

Son xəbərlər

Orphus sistemi