Yuxarı

​SOCAR-da sərbəstləşən işçilərin sayı 1 000 nəfərdən azdır

Şirkət işdən çıxanlara əmək haqqının 5 mislini ödəyir

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR), təqaüdə çıxan şəxslər istisna olmaqla, sərbəstləşən işçilərin sayı 1 000 nəfərdən azdır. "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "İnsan resursları forumu-Bakı 2015"də (HR Forum Baku 2015) çıxışı zamanı SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X.Məmmədovun sözlərinə görə, SOCAR-da işçilərin sayı 73 mindən 52 min nəfərə çatdıranda yerləşdirilməyənlərin sayı az olub: "Burada təqüdçülər nəzərə alınmır. Biz beynəlxalq audit şirkətini dəvət etdik, şirkət audit aparıb, SOCAR-da iş həcminə uyğun ştatın müəyyənləşdirilməsinə dair məsləhət xidməti göstərib. Burada sərbəstləşən işçilərə ilkin olaraq əmək haqqının 5 mislinin verilməsi barədə yeni metod tətbiq etdik. Bu, qanunda nəzərdə tutulmayıb, amma biz həmkarlar təşkilatı ilə qəbul edilən qərara əsasən bunu təşkil etdik. Beş əmək haqqı məbləğində pul vəsaiti verildi ki, mümkün olarsa özlərinə xırda bir iş təşkil etsinlər".

"Yaxud, bir il ərzində əmək haqqının 50%-i qədər vəsait ödədik və imkan yaratdıq ki, Təlim-Tədris Mərkəzində öz ixtisaslarını dəyişsinlər. Yaranan vakansiyalara uyğun ayrı ixtisaslarda təlim keçə, SOCAR-ın digər müəssisələrində vakansiyalarda iştirak edə bilərlər", - deyə Şirkət rəsmisi bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində 298 nəfər iş tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi