​SOCAR bayram ərəfəsində məcburi köçkün və şəhid ailələrinə ərzaq yardımı göndərib

​SOCAR bayram ərəfəsində məcburi köçkün və şəhid ailələrinə ərzaq yardımı göndərib Şirkət 30 minə yaxın vətəndaşa 237 ton ərzaq paylayıb
Sosial müdafiə
29 Dekabr , 2014 14:05
​SOCAR bayram ərəfəsində məcburi köçkün və şəhid ailələrinə ərzaq yardımı göndərib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə məcburi köçkün və şəhid ailələrinə ümumi çəkisi 237 tona yaxın ərzaq yardımı göndərib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb.

Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.

"Daim diqqət mərkəzində saxlanılan sosial yönümlü məsələlərdən biri də erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və mənəvi dəstək göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları təqdim edirlər", - şirkətdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi