"Sirena sistemini açıq şəhər mərkəzlərində tətbiq etmək olar" - RƏY

"Sirena sistemini açıq şəhər mərkəzlərində tətbiq etmək olar" - RƏY Dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyası yayılmaqda davam edir. Bununla bağlı dünyada ayrı-ayrı dövlətlər tərəfindən, eləcə də Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə çərçivəsində müvafiq işlər aparılır – müxtəlif qərarlar verilir, insanlara çağırışlar, xəbərdarlıqlar edilir. Belə olan halda təcili fəaliyyətlər şəraitində fövqəladə halların xəbərdarlığı və aradan qaldırılması tədbirlərinin effektivliyi məsələsi aktuallaşır. Onların vacib komponentlərindən biri də əhalinin təcili məlumatlandırılması sistemləridir. Əvvəlki vaxtlarda Azərbaycanda fövqəladə hallar zamanı insanları təhlükədən xəbərdar etmək üçün sirena kimi sistemlərdən istifadə olunub. Bəs hazırda Azərbaycanda bu cür sistemlərə ehtiyac varmı?
Sosial müdafiə
5 İyun , 2020 15:58
Sirena sistemini açıq şəhər mərkəzlərində tətbiq etmək olar - RƏY

Dünyanı cənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyası yayılmaqda davam edir. Bununla bağlı dünyada ayrı-ayrı dövlətlər tərəfindən, eləcə də Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə çərçivəsində müvafiq işlər aparılır – müxtəlif qərarlar verilir, insanlara çağırışlar, xəbərdarlıqlar edilir. Belə olan halda təcili fəaliyyətlər şəraitində fövqəladə halların xəbərdarlığı və aradan qaldırılması tədbirlərinin effektivliyi məsələsi aktuallaşır. Onların vacib komponentlərindən biri də əhalinin təcili məlumatlandırılması sistemləridir. Əvvəlki vaxtlarda Azərbaycanda fövqəladə hallar zamanı insanları təhlükədən xəbərdar etmək üçün sirena kimi sistemlərdən istifadə olunub. Bəs hazırda Azərbaycanda bu cür sistemlərə ehtiyac varmı?

Azərbaycanda əhalinin təcili məlumatlandırılması sistemlərinin effektivliyi barədə “Report”a açıqlama verən təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sirenalar fərdi olaraq, demək olar ki, böyük obyektlərdə mövcuddur:

“Məsələn, kinoteatrlarda və yaxud da ki, böyük zavod və müəssisələrdə fövqəladə vəziyyətdə insanları baş verən hadisədən məlumatlandırmaq üçün sirenalar var. Bu cür sistemlərə gələn elektrik xətti belə ayrıca olur. Təbii ki, bu cür sistemlər fövqəladə vəziyyətdə işçiləri təhlükəsiz toplanış yerinə çağırmaq üçün bütün obyekt və müəssisələrdə olmalıdır. Bir məlumatı da deyim ki, bu sistem mərkəzi pultdan idarə olunur. Fövqəladə vəziyyətdə işçilərin təhlükəsiz çıxış yerinə getməsi, onların nəzərdə tutulmuş digər yerdə toplaşması kimi bütün istiqamətverici məlumatlar mərkəzdən idarə olunan pult vasitəsilə həyata keçirilir”. 

Ekspertin sözlərinə görə, bu sistem mövcuddur və bunu açıq şəhər mərkəzlərində də tətbiq etmək də olar:

“Amma bunun tətbiqi effektsiz olacaq. Ona görə də ona xərclənən vəsaiti daha münasib işlərə sərf etmək yaxşı olar. Çünki qloballaşan dünyada ən müasir texnologiyalar da inkişaf edir. İndi hansısa kənddə bu cür qurğu quraşdırılsa, orada insanlar olmayandan sonra onun heç bir effekti olmayacaq”.

Elmar Nurəliyev
Elmar Nurəliyev

E.Nurəliyev xatırladıb ki, 50 il bundan əvvəl insanların məlumatlanması üçün müasir texnologiya olmayıb. Ona görə də insanların baş verən təhlükədən xəbərdar olmaları üçün sirenalardan istifadə olunmağa başlayıb:

“Əvvəllər fövqəladə vəziyyətlərdə kütləvi informasiya vasitələri, qəzet, internet və digər texnoloji nailiyyətlər sahəsində qıtlıq olduğu üçün şəhərdə çöl radio-qurğuları vasitəsilə insanlar məlumatlandırılıb. Bu qurğular da adətən camaatın çox toplaşdığı məkanlarda – poçtların, mağazaların və digər bu kimi yerlərin qarşısında quraşdırılırdı. Fövqəladə hal baş verdiyi zaman isə həmin qurğular vasitəsilə hadisənin mahiyyəti səsləndirilirdi və bundan sonra məlumat insanlar arasında qısa bir zaman ərzində yayılırdı. Amma hazırda müasir texnologiya inkişaf edib və hər kəsin əlində smartfon telefonlar var – insanlar məlumatları istədikləri internet resursları vasitəsilə əldə edə bilirlər”.

E.Nurəliyev vurğulayıb ki, mərkəzləşdirilmiş sirenalar iri ticarət mərkəzləri və müəssisələrdə mütləq olmalıdır:

“Çünki bu sistem insanların təhlükəsiz təxliyə olunmasına köməklik göstərir. İllər öncə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU - red.) baş verən terror aktını götürək. Əgər orada məlumatverici siqnal olsaydı, bəzi tələbələrin həyatını xilas etmək olardı. Çünki məlumatsız tələbə təşvişə düşüb özünü binadan aşağı da atıb. Binada sirena olarsa, artıq onun vasitəsilə istiqamətlər verilir. Bu zaman əraziyə cəlb olunmuş xilasedicilər də insanların harada olduğunu dəqiq bilirlər. Təbii ki, dünyada hadisədən sığortalanmaq deyə bir anlayış yoxdur. Amma bunun qarşısını almaq mümkündür və yaxud da ki, hadisənin miqyasını dəfələrlə aşağı salmaq olar”. 

Son xəbərlər

Orphus sistemi