Sığınacaq və sosial reabilitasiya müəssisəsində saxlanılan 99 nəfər ailəsinə qayıdıb

Sığınacaq və sosial reabilitasiya müəssisəsində saxlanılan 99 nəfər ailəsinə qayıdıb "Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi yarım il ərzində 193 nəfər şəxsə sosial xidmət göstərib".
Sosial müdafiə
29 İyul , 2021 16:02
Sığınacaq və sosial reabilitasiya müəssisəsində saxlanılan 99 nəfər ailəsinə qayıdıb
Vüqar Behbudov
0 : 00
0 : 00

"Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi yarım il ərzində 193 nəfər şəxsə sosial xidmət göstərib".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxslərdən 63-ü qadın, 130-u isə kişidir: "6 ay ərzində 99 nəfər daimi olaraq ailəsinə təhvil verilib. İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində isə 46 nəfər zərərçəkmiş şəxsə sosial xidmət göstərilib. Bunlardan 42-si qadın, 4 nəfəri isə kişidir".

Onun sözlərinə görə, bu il övladlığa verilən uşaqlarla bağlı mütəmadi olaraq monitorinq həyata keçirilib: "Bu dövrdə 206 övladlığa verilən uşaq monitorinq edilib".

Son xəbərlər

Orphus sistemi