Sifarişli Səyyar "ASAN xidmət"ə yeni xidmət əlavə olunacaq

Sifarişli Səyyar "ASAN xidmət"ə yeni xidmət əlavə olunacaq Yeni xidməti Vergilər Nazirliyi həyata keçirəcək
Sosial müdafiə
28 Sentyabr , 2016 15:15
Sifarişli Səyyar ASAN xidmətə yeni xidmət əlavə olunacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sifarişli əsaslarla həyata keçirilən Səyyar ASAN xidmətə "Asan İmza" sertifikatının verilməsi xidməti də əlavə olunacaq. 

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Sözügedən xidmətdən istifadə edərək vətəndaşlar evlərində və ya iş yerlərində səyyar qaydada Asan İmza xidmətinə qoşula biləcəklər. 

Vergilər Nazirliyi tərəfindən həyata keçirilən Asan İmza xidmətinə qoşulma “Bakcell” və “Azercell” operatorları tərəfindən göstəriləcək. Xidmətin sifarişi isə 9-108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə mümkündür.

Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi