Səyyar ASAN xidmətə 1 milyonuncu vətəndaş müraciət edib

Səyyar ASAN xidmətə 1 milyonuncu vətəndaş müraciət edib Bu günə qədər 58 rayonda və 110 məntəqədə vətəndaşlara səyyar formada xidmət göstərilib
Sosial müdafiə
7 Aprel , 2017 11:15
Səyyar ASAN xidmətə 1 milyonuncu vətəndaş müraciət edib

Bakı. 7 aprel. REPORT.AZ/ Səyyar “ASAN xidmət”də bir milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Qeyd edək ki, zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə bu günə qədər 58 rayonda və 110 məntəqədə vətəndaşlara səyyar formada xidmət göstərilib. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmət 2013-cü ilin iyun ayının 1-dən 2 avtobusla fəaliyyətə başlasa da, daha sonra Prezidenti İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı 10-a çatdırılıb.

2017-ci ilin fevral ayının 1-dən etibarən Səyyar “ASAN qatar” vasitəsi ilə də vətəndaşlara xidmət göstərməyə başlayıb.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi