Səyyar “ASAN xidmət” Zabrat və Tərtərdə vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” Zabrat və Tərtərdə vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
4 İyul , 2016 12:40
Səyyar “ASAN xidmət” Zabrat və Tərtərdə vətəndaşlara xidmət göstərəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Səyyar “ASAN xidmət” iyulun 4-13-də Sabunçu rayonunun Zabrat qəsəbəsində, iyulun 4-30-da isə Tərtər şəhərində vətəndaşlara xidmət göstərəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətləri ƏdliyyəDaxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi