Səyyar “ASAN xidmət” Şəmkirdə və Novxanı qəsəbəsində vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” Şəmkirdə və Novxanı qəsəbəsində vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
14 Aprel , 2017 13:11
Səyyar “ASAN xidmət” Şəmkirdə və Novxanı qəsəbəsində vətəndaşlara xidmət göstərəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Səyyar “ASAN xidmət” aprelin 15-dən 29-dək Abşeron rayonunun Novxanı qəsəbəsində, Səyyar ASAN Qatar isə aprelin 14-dən 28-dək Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Həmçinin səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart - 26 aprel Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 – 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi