Səyyar "ASAN xidmət" iki rayon və bir şəhərdə vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" iki rayon və bir şəhərdə vətəndaşlara xidmət göstərəcək Göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
11 Sentyabr , 2015 12:05
Səyyar ASAN xidmət iki rayon və bir şəhərdə vətəndaşlara xidmət göstərəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gündən sentyabrın 25-dək səyyar "ASAN xidmət" Ağcabədi rayonunda Ağdam və Ağcabədi, Lənkəran şəhərində Lerik və Lənkəran, Ağdaş rayonunda isə Göyçay və Ağdaş sakinlərinə səyyar formada xidmət göstərəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, bu ilin sonuna kimi səyyar "ASAN xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi