Yuxarı

Səttar Mehbalıyev: “Harada yaşamasından asılı olmayaraq azərbaycanlıların əmək hüquqlarını qorumağa çalışırıq”

Səttar Mehbalıyev: “Harada yaşamasından asılı olmayaraq azərbaycanlıların əmək hüquqlarını qorumağa çalışırıq”
Konfederasiya sədri: Bəzi təşkilatlarda yerli həmkarlar təşkilatlarının yaradılması barədə təkliflər də almışıq
© Report — AHİK sədri Səttar Möhbalıyev

Tbilisi. 14 sentyabr. REPORT.AZ/ “Hansı ölkədə yaşamasından asılı olmayaraq vətəndaşlarımızın əmək hüquqlarının qorunması bizim üçün prioritetdi. Gürcüstanda yaşayan, işləyən azərbaycanlıların da hüquqlarının qorunması üçün bu ölkənin Həmkar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edirik”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev bildirib. 

O deyib ki, hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə regionda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm layihələr həyata keçirilir: "Eyni zamanda TAP və TANAP kimi layihələrimiz var. Bu layihələr bizim iqtisadi inkişafımızda, regionda və dünyada nüfuzumuzun artmasında, mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayırlar. Bütün bu layihələrin reallaşmasında Türkiyə və Gürcüstan vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşları da iştirak edirlər. Məqsədimiz onların əmək hüquqlarının yüksək səviyyədə qorunmasına nail olmaqdır. Bəzi təşkilatlarda yerli həmkarlar təşkilatlarının yaradılması barədə təkliflər də almışıq. Bununla əlaqədar Gürcüstan HİK ilə məsləhətləşmələr aparırıq, müxtəlif razılaşmalarımız var”.

S.Mehbalıyevin sözlərinə görə, Azərbaycan və Gürcüstan HİK-ləri arasında çox sıx və səmərəli əməkdaşlıq var. Hər iki təşkilat beynəlxalq arenada da səmərəli əməkdaşlıq edirlər, prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi