“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın icrasına başlanılıb

“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın icrasına başlanılıb “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb: Zəngilanın Ağalı kəndində bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Şuşa DOST filialının da
Sosial müdafiə
20 Avqust , 2022 10:38
“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın icrasına başlanılıb

“Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın artıq icrasına başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun təşkili, DOST xidmətləri infrastrukturunun ölkə boyu genişləndirilməsi, xidmətlərin elektronlaşdırılması işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd edilib ki, Zəngilanın Ağalı kəndində bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Şuşa DOST filialının da layihələndirmə işləri artıq tamamlanır. İşğaldan azad edilmiş ərazilərimiz həmin proqram üzrə DOST xidmətləri ilə tam əhatə olunacaq.

Son xəbərlər

Orphus sistemi