Sentyabr ayında 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Sentyabr ayında 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb Azərbaycanda əmək qanunvericiliyinin pozulması halları azalıb
Sosial müdafiə
7 Oktyabr , 2015 11:07
Sentyabr ayında 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında həyata keçirilən dövlət nəzarəti zamanı müxtəlif müəssisələrdə 1803 halda əmək qanunvericiliyinin pozulması faktı qeydə alınıb. "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, əsasən özəl sektora aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində aşkar olunan həmin hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. İnzibati xətalara yol verən işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr tətbiq olunub. Cərimələrin 35,7 faizi (185419 manat) dövlət büdcəsinə ödənilib.

Xidmət təsirli nəzarət tədbirləri və işəgötürənlər arasında davamlı təbliğat və maarifləndirmə işləri əmək qanunvericiliyinin pozulması hallarının bu ilin 9 ayında da azalması ilə müşahidə edib. Belə ki, bu ilin yanvar-sentyabr aylarında iş yerlərində aşkar edilən belə hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13202-ə enib. Həmin inzibati xətalara görə işəgötürənlərə tətbiq olunan cərimələrin 44 faizinin, yəni 1585342 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi