“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir Səyyar avtobus vasitəsilə 13 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır
Sosial müdafiə
23 Fevral , 2016 10:58
“Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

Bakı. 23 fevral. REPORT.AZ/ “ASAN xidmət” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, bu gündən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbin qarşısında məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb.

Aksiya çərçivəsində 15 gün müddətində səyyar avtobus vasitəsilə Sabunçu rayonunda yerləşən 13 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi