Səlim Müslümov: "Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik"

Səlim Müslümov: "Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik" Nazir əhaliyə xəbərdarlıq edib
Sosial müdafiə
10 Fevral , 2018 11:00
Səlim Müslümov: Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik

Bakı. 10 fevral. REPORT.AZ/ Əmək və əh­a­linin sosial müdafi­əs­i naziri Səlim Müs­lüm­ov ünvanlı sosial yardımın (ÜSY) alınmasında problemlərin olması ilə bağlı şikayətlərə münasibət bildirib. 

"Report" xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında hazırda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələri ÜSY ilə bağlı heç bir səlahiyyətə malik olmadığını deyib. 

O bildirib ki, ÜSY-yə aid bütün prosedurlar elektron sistemlə həyata keçirir: "Kimlərinsə sözünə aldanmayın ki, sizi pis vəziyyətə salmasınlar. Sadəcə olaraq notariusdan ərizə alaraq elektron qaydada VEMTAS vasitəsilə müraciət etmək olar. Bununla da iş bitir və 15 gün ərzində cavab gəlir".

S.Müslümov deyib ki, nazirliyə daxil olan məlumatlara görə əlilliyin təyin olunması prosesi zamanı da hələ bu problemlər qalmaqdadır: "Hansısa yerli TSEK-ə getmək mənasızdır. Çünki o işə həmin TSEK baxmır. Bir rayona aid olan iş həmişə başqa rayonun TSEK-inə göndərilir, həm də sənədlər anonim olur. Sadəcə olaraq göndərişdə hər şey dəqiq yazılmalıdır. Bu halda da dəqiq şəkildə əlilliyin təyin olunması məsələsinə baxılacaq. Elektron sistem nə məmurlara, nə də hər hansı vətəndaşlara manipulyasiya etmək yeri qoymur, aldanmasınlar". 

Son xəbərlər

Orphus sistemi