Yuxarı

Səlim Müslümov: "Sosial sığorta haqları üzrə borcların silinməsi özəl sektorun dəstəklənməsində böyük addımdır"

Səlim Müslümov: "Sosial sığorta haqları üzrə borcların silinməsi özəl sektorun dəstəklənməsində böyük addımdır"
© Report/ Elchin Murad — Əmək və əhalinin sosial naziri Səlim Müslümov

Bakı. 11 aprel. REPORT.AZ/ "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabatlar daxil olub. Kimlərin hesabatların­da borclar qeyd olunubsa, qanunda nəzərdə­ tutulmuş qaydada onl­arın silinməsinə başlanılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, borcların silinməsi ilə bağlı müvafiq təqdimatlar ­bütün şöbələrə göndər­ilib və proses gedir: "Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcək ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır".

Qeyd edək ki, 2018-ci il mart ayının 6-da “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun qəbul olunub və həmin qanun bu il aprelin 1-dən qüvvəyə minib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi