Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırıb

Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırıb Bakı. 27 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının genişləndirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Sosial müdafiə
27 Noyabr , 2017 14:36
Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırıb
Report

Bakı. 27 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının genişləndirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda çıxış edən nazir Səlim Müslümov işsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına bu ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb ediləciyini deyib. 

Onun sözlərinə görə, bu da dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək: "Ona görə də bu orqanların fəaliyyətinin müasir və səmərəli əsaslar üzərində təkmilləşdirilməsi istiqamətində islahat tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biridir". 

S.Müslümov qeyd edib ki, bu ilin 10 ayı ərzində məşğulluq orqanlarının xətti ilə 43 746 nəfər şəxsin məşğulluğu təmin olunub, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub. 

Daha sonra iclasda məşğulluq orqanlarının aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, özünüməşğulluq proqramının icrası sahəsində fəaliyyəti və həmin proqramın genişləndirilməsi, əhaliyə göstərilən məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, bu sahədəki fəaliyyətdə səmərəliliyin artırılması üçün qarşıda duran vəzifələr geniş müzakirə olunub, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. 

Aktiv məşğulluq tədbirlərinin təşkilində yol verilən nöqsan və çatışmazlıqlar da qeyd edilib, fəaliyyətini düzgün qura bilməyən, nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi