Səlim Müslümov jurnalistləri mükafatlandırıb

Səlim Müslümov jurnalistləri mükafatlandırıb Nazirlikdə Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
Sosial müdafiə
15 İyul , 2015 18:18
Səlim Müslümov jurnalistləri mükafatlandırıb

Bakı. 15 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb. 

Ölkənin sürətli və hərtərəfli tərəqqisini uğurla təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin eyni zamanda ölkə KİV-lərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan S.Müslümov milli mətbuatın 140 illik yubileyinin qeyd olunması barədə dövlət başçısının imzaladığı sərəncamın bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirib. 

S.Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: "Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün biz KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. ƏƏSMN-in fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və birifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir". 

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə nazirliyin kollektivi adından bütün mətbuat işçilərinə təbriklərini çatdıran S.Müslümov onlara xoş arzularını ifadə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib, onun həmişə azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib. 

Konfrans nazirliyin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi