Yuxarı
    Bağlamaq

    Səlim Müslümov: "İşsizlər arasında qadın və gənclərin payı yüksəkdir"

    © Report/ Orkhan Azim — Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Əmək bazarının əsas problemlərindən biri işsizlər arasında qadın və gənclərin payının yüksək olmasıdır".

    "Report" xəbər verir­ ki, bunu "Əmək bazar­ı: islahatlar və pers­pektivlər" mövzusunda­ keçirilən konfransda əmək və ə­halinin sosial müdafi­əsi naziri Səlim Müsl­ümov deyib.

    O bildirib ki, 2005-2016-cı illər ərzində Azərbaycanda məşğul əhalinin sayı 17.2 faiz artıb: "Bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib".

    S.Müslümov qeyd edib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb: "2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1.4 milyonu daimi olan 1.9 milyon yeni iş yeri açılıb".

    Nazir xatırladıb ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM -də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi