Səlim Müslümov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb

Səlim Müslümov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb Nazir İndoneziya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlığın ikitərəfli müstəvidə daha da inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb
Sosial müdafiə
1 Dekabr , 2015 18:23
Səlim Müslümov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyanto ilə görüş olub.

Bu barədə "Report"a nazirliyin İctiamiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycanda işsizliyin 4,9 faizə qədər azalması ölkədə dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafında məşğulluğun artmasında mühüm rol oynayır: "Nəticədə muzdla çalışanların qeyri-dövlət sektorunda çəkisi getdikcə artır. Əmək bazarında müsbət amillərdən biri kimi, ölkədə orta aylıq əmək haqqı da mütəmadi artır. Belə ki, 2005-ci illə müqayisədə bu artım 3,6 dəfədən çox təşkil edib. Təkcə bu ilin 9 ayında isə orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz çoxalıb”.

Nazir İndoneziya ilə Azərbaycan arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əmək münasibətləri, əmək bazarının inkişafı, məşğulluq və s. sahələrdə mövcud əməkdaşlığın ikitərəfli müstəvidə daha da inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

R.P.Atiyanto Azərbaycanda əmək və sosial müdafiə sistemində aparılan islahatların, xüsusən bu islahatlarda innovativ yanaşmalara, yeni texnologiyalara xüsusi önəm verilməsinin onda böyük maraq doğurduğunu qeyd edib. İki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində də əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirən səfir bununla bağlı olaraq İndoneziyanın müvafiq nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin həyata keçirilməsinin də faydalı ola biləcəyini diqqətə çatdırıb. R.P.Atiyanto əmək, məşğulluq və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığının formalaşdırılması və inkişafı üçün səfirlik tərəfindən də müvafiq işlərin aparılacağını diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi