Yuxarı
    Bağlamaq

    Səlim Müslümov: "Hər il Azərbaycanın əmək bazarına yüz mindən yuxarı gənc daxil olur"

    Bu nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir© Report.az

    Bakı. 2 may. REPORT.AZ/ "Hər il Azərbaycanın əmək bazarına yüz mindən artıq gənc daxil olur". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    Nazir qeyd edib ki, proqnozlara əsasən 2017-ci ildə Azərbaycanın əmək bazarına 108 min 500 gənc daxil olacaq : “Onların 69 mindən artığı ali təhsilli, orta ixtisas təhsilli və peşə təhsilli gənclərdir. 39 min 500-ə yaxını da tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olan çox vaib məsələlərdən biridir”.

    Nazir, əlavə edib ki, ölkə üzrə işsizlik səviyyəsi 5 faiz ətrafında olduğu halda, gənclər üçün bu 9 faizdir : “Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29 faizini təşkil edir. Bu nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi