Yuxarı

Səlim Müslümov: "Hazırda işsizlərin böyük qismini gənclər təşkil edir"

Nazir: İşəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər

Bakı. 8 fevral. REPORT.AZ/ "Hazırda işsizlərin böyük qismini gənclər təşkil edir".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur: "Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır. Getdikcə əmək bazarında ehtiyac olmayan insan resursları artır. Yəni demoqrafik artım ilə əmək resurslarının mövcud bazarın tələblərinə uyğun hazırlanması prosesi arasında bir disbalans yaranıb. Bunun aradan qaldırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi vacibdir".

Nazirin sözlərinə görə, işəgötürənlərin müasir dövrdə tələbləri də dəyişib: "Bu gün işəgötürənlər kadrların hazırlanması prosesində iştirak etmək istəmirlər. Onlar daha çox hazır, dərhal işə başlayacaq mütəxəssislər tələb edirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi