Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycanda əlilliyin qiymətləndirilməsi sistemi və bu sistemdə mənfi məqamları göstərmək bizim əsas məqsədimizdir".
"Report" xəbər verir ki, bunu “Azərbaycanda əlilliyin qiymətləndirilməsi. Cari nailiyyətlər və gələcək addımlar" mövzusunda iki günlük beynəlxalq seminarın açılışında Əmək və Əhalinin Sosial müadafiəsi naziri Səlim Müslümov bildirib.
O qeyd edib ki, nazirliyin bu gün çox vacib hesab edilən əsas istiqamətlərdən birini təşkil edən, respublikamızda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların əlilliyinin qimətləndirilməsinin düzgün həyata keçirilməsi və bu şəxslərin cəmiyyətə inteqrasiyası işində fəaliyyətin artırılmasıdır. Müslümovun sözünə görə, bugün Dünyanın müxtəlif ölkələrində olan təcrübələrdən Azərbaycanda yararlanma imkanları müzakirə olunacaq.