Səlim Müslümov: “Dövlət məşğulluq xidmətinin işçilərinin sayı artırılıb”

Səlim Müslümov: “Dövlət məşğulluq xidmətinin işçilərinin sayı artırılıb” Hazırda formalaşma prosesi yekunlaşmaq üzrədir
Sosial müdafiə
21 Sentyabr , 2016 10:53
Səlim Müslümov: “Dövlət məşğulluq xidmətinin işçilərinin sayı artırılıb”

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Məşğulluq Xidmətinin işçilərinin sayı artırılıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əvvəllər ölkədə bu işlə məşğul olan 400 nəfər var idi. Hazırda isə bu işlə 900 nəfər məşğul olur: “Biz hər 11 min əhaliyə bir nəfər məşğulluq xidmətinin işçisi olmaqla yerli məşğulluq xidmətinin kadr heyətini formalaşdırmışıq. Hazırda formalaşma prosesi yekunlaşmaq üzrədir”.

Son xəbərlər

Orphus sistemi