Səlim Müslümov Beyləqanda vətəndaşları qəbul edəcək

Səlim Müslümov Beyləqanda vətəndaşları qəbul edəcək Qəbulda Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilər
Sosial müdafiə
23 Noyabr , 2015 11:03
Səlim Müslümov Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, görüş noyabrın 27-də saat 10:00-da Beyləqan rayonunun Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Beyləqan, Füzuli, İmişli, Xocavənd rayonları üzrə (021) 246-62-68, Kürdəmir rayonu üzrə (020) 255-23-45, Ucar və Zərdab rayonları üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi