Yuxarı

Səlim Müslümov: “Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə qədər enib”

Səlim Müslümov: “Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə qədər enib”
“Sosial sahə yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”
© Report

Bakı. 2 iyun. REPORT.AZ/ “Azərbaycanda sosial sahə yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” milli parlament seminarında deyib. 

O bildirib ki, Azərbaycanda işsiziliyin səviyyəsi 5 faizə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: “İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik olaraq gerçəkləşdirilir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 23,7 faizini əhatə edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi