Səlim Müslümov: "Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib"

Səlim Müslümov: "Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib" Nazir: "Bunun müxtəlif səbəbləri ola bilər"
Sosial müdafiə
24 Yanvar , 2017 10:44
Səlim Müslümov: Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib

Bakı. 24 yanvar. REPORT.AZ/ "Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Onun fikirincə, bunun səbəbi müxtəlif ola bilər: "Maaşın minumum əmək haqqından aşağı olması işçilərin ya yarım ştatda işləmələri ya başqa səbəblə bağlı ola bilər. Amma ölkə ərazisində əmək haqları minimum qiymətdən aşağı olmamalıdır".

Nazirin sözlərinə görə, Azərbaycan Prezidentinin “Əmək pensiyalarının ­sığorta hissəsinin in­deksləşdirilməsi haqq­ında” 2017-cı il 21 ­yanvar tarixli sərənc­amı 145 min adama təsir edəcək: "Onların əmək haqqı təxminən 40,3 milyon manat artacaq".

Son xəbərlər

Orphus sistemi