Səlim Müslümov: “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”

Səlim Müslümov: “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır” "Bu il mayın 1-nə qədər 1056 nəfər sağlamlıq imanları məhdud gənc peşə hazırlığına qəbul edilib"
Sosial müdafiə
2 May , 2017 12:27
Səlim Müslümov: “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”
Report.az

Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr arasındadır”.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Karyerada ilk addım” devizi altında keçirilən məşğulluq tədbirində deyib.

Onun sözlərinə görə, bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub: "Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarlarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır. 2013-cü ilin dekabr ayında istifadəyə verilən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində bu il mayın 1-nə qədər 1056 nəfər sağlamlıq imanları məhdud gənc peşə hazırlığına qəbul edilib”. 

Nazir bildirib ki, Azərbaycanda interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən müəssisələrin yaradılması Beynəlxalq Əmək Bazarı tərəfindən yüksək qiymətləndirilir: “Ötən il ölkənin 10 ali təhsil müəssisəsində 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub".

Son xəbərlər

Orphus sistemi