Səlim Müslümov: “Azərbaycan əhalinin illik artım səviyyəsinə görə Avropada ön cərgədədir”

Səlim Müslümov: “Azərbaycan əhalinin illik artım səviyyəsinə görə Avropada ön cərgədədir” “Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir”
Sosial müdafiə
4 May , 2017 09:58
Səlim Müslümov: “Azərbaycan əhalinin illik artım səviyyəsinə görə Avropada ön cərgədədir”
Report.az

Bakı. 4 may. REPORT.AZ/ “Əhalinin illik artım səviyyəsinə görə Avropa məkanında ön cərgədə olan, doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi Azərbaycanda əhalinin artımı davam edir”.

“Report” xəbər verir ki, bunu əmək və əahlinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, keçən il ərzində ölkə əhalisinin sayı daha 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb: “Respublikada müsbət demoqrafik proseslər iqtisadi fəal əhalinin sayının da artması ilə müşahidə edilir. 2010-cu ildən hazıradək ölkədə iqtisadi fəal əhalinin sayı 9,1 faiz artaraq 2016-cı il dekabrın 1-nə 5006,8 min nəfərə çatıb. Məşğulluq imkanlarının getdikcə yüksəlməsinin göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin say artımı iqtisadi fəal əhalinin say artımını üstələməklə 9,3 faiz təşkil edib, muzdla işləyənlərin sayı isə 9,5 faiz artıb”.

O qeyd edib ki, ötən il ərzində nazirliyin məşğulluq orqanları tərəfindən 56,6 min nəfər münasib işlə təmin edilib, 1,1 min nəfər haqqı ödənilən ictimai işlərə, 3,4 min nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 11 min nəfərə işsiz statusu verilib, 11,6 min nəfərə işsizlik müavinəti təyin edilib: “Hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir, Gəncə şəhərində daha modern belə bir mərkəz bu il istifadəyə veriləcək. Bu sistemin gələcəkdə regional şəbəkəsinin daha da genişləndirilməsi diqqətdə saxlanacaq”. 

Son xəbərlər

Orphus sistemi