SƏLİS “myGov” portalına inteqrasiya olunub

SƏLİS “myGov” portalına inteqrasiya olunub Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək bir çox sistem inteqrasiya olunub.
Sosial müdafiə
9 Yanvar , 2020 10:39
SƏLİS “myGov” portalına inteqrasiya olunub

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalına indiyədək bir çox sistem inteqrasiya olunub. 

Agentlikdən "Report"a verilən məlumata görə, bura “eAgro”, “eSatınalma”, Mərkəzi Bankın “Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” aiddir.

Bu günlərdə portala daha bir sistem inteqrasiya olunub. Belə ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin 7 xidmətinə artıq “myGov” platforması üzərindən müraciət etmək mümkündür. Bu xidmətlərə e-Ərizə, e – Ekspertiza, e – Vətəndaş, e - Apelyasiya, e – Növbə, e – İdarəetmə və hesabat, e – Müraciət daxildir.

Artıq SƏLİS istifadəçiləri vətəndaşları, dövlət və biznes qurumlarını vahid platformada birləşdirərək elektron xidmətlər göstərən “myGov” platformasından çıxmadan “qurumlar üzrə” bölməsinə daxil olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qeyd edilən xidmətlərinə müraciət edə bilərlər. SƏLİS sisteminin məqsədi Şuranın xidmətlərini istifadəçilər üçün daha rahat və əlçatan edərək QHT məmnunluğunu təmin etmək, şəffaflığı, hesabatlığı və səmərəliliyi daha da artırmaq və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.

“myGov” portalına inteqrasiya olunmuş sistemlərin xidmətlərindən başqa platforma üzərindən vətəndaşlara 19 dövlət xidməti və 16 bildiriş xidməti təqdim olunur. 

Son xəbərlər

Orphus sistemi