Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.
Sosial müdafiə
812
28 Noyabr , 2018 17:41
Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

AQTA-dan "Report"a verilən məlmata görə, Agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib.

Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi