Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
Sosial müdafiə
12 Yanvar , 2022 13:17
Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir reabilitasiya müəssisəsində - Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə KİV nümayəndələrinin tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil edilib.

Qeyd olunub ki, ötən il ümumilikdə, Agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Şəki Reabilitasiya Mərkəzində limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya, amplipuls, fonoforez, qısa dalğa diotermiya, UVÇ, zərbədalğa terapiya, elektroforez, müalicəvi masaj, hidromasaj, traksiya, müalicəvi bədən tərbiyəsi terapiyası və digər prosedurlar həyata keçirilir. Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.

Postmüharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habelə şəhid ailəsi üzvlərindən ibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Son xəbərlər

Orphus sistemi