Şəhid Elyar Vəliyevin ailəsi sosial dəstək tədbiləri ilə əhatə olundu

Şəhid Elyar Vəliyevin ailəsi sosial dəstək tədbiləri ilə əhatə olundu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Elyar Arif oğlu Vəliyevin ailəsini də sosial dəstək tədbiləri ilə əhatə edib.
Sosial müdafiə
6 Yanvar , 2021 15:29
Şəhid Elyar Vəliyevin ailəsi sosial dəstək tədbiləri ilə əhatə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Elyar Arif oğlu Vəliyevin ailəsini də sosial dəstək tədbiləri ilə əhatə edib.

"Report" xəbər verir ki, Nazirliyin əməkdaşları şəhidin ailəsi (Qobustan rayonu, Sədəf kəndi) ilə görüşərkən şəhidin həyat yoldaşının və üç əkiz övladının maddi təminatlarının gücləndirilməsi üçün ilk növbədə ailənin ünvanlı dövlət sosial yardımla təmin olunması qərara alınıb.

Müvafiq sənədlərin (uşaqların yeni şəxsiyyət vəsiqələrinin, təmsilçilik ərizəsinin) alınmasında, müraciətin e-sistemə daxil edilməsində köməklik göstərilib və ailəyə aylıq 411 manat ünvanlı sosial yardım təyin olunub.

Eyni zamanda şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün, ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, həmçinin uşaqlarının hər birinə müavinətin təyin olunması işləri aparılır.

Şəhidin həyat yoldaşı öz istəyi əsasında növbədənkənar özünüməşğulluq proqramına da cəlb edilib. Proqram çərçivəsində onun üçün təsərrüfat yaradılıb.

Son xəbərlər

Orphus sistemi