Şəhid ailələri üzvlərindən 2 700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Şəhid ailələri üzvlərindən 2 700-dən çox şəxsə sosial ödənişlər təyin edilib Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.
Sosial müdafiə
1532
11 Yanvar , 2021 11:33
Şəhid ailələri üzvlərindən 2 700-dən çox şəxsə sosial ödənişlər təyin edilib
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

Nazirlikdən "Report"a verilən məlumata görə, fond artıq 1 100-dən çox şəhidin 2 700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.

Son xəbərlər

Orphus sistemi