Sədr: “Müharibədən sonra 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib"

Sədr: “Müharibədən sonra 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib" “Postmüharibə dövründə 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib. Psixoloji xidmətlə bağlı 70 zəng psixoloqa yönləndirilib”.
Sosial müdafiə
29 İyul , 2021 15:19
Sədr: “Müharibədən sonra 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib
0 : 00
0 : 00

“Postmüharibə dövründə 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib. Psixoloji xidmətlə bağlı 70 zəng psixoloqa yönləndirilib”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulan 3000 evdən 1 300-ü artıq təqdim olunub: “Proses davam etdirilir. Bölgələrdə də 460 fərdi evin tikintisinə başlanılıb”.

V.Behbudov əlavə edib ki, hazırda səyyar sosial reabilitasiya xidmətinə 18 nəfər uşaq cəlb olunub: “İlin sonuna qədər Bakının bütün rayonları üzrə bu xidmətə ehtiyacı olan uşaqlar üçün işlər görüləcək”.

Son xəbərlər

Orphus sistemi