Sədr müavini: "Dövlət Statistika Komitəsinin məlumatları real vaxt rejimində təqdim olunmağa başlayıb"

Sədr müavini: "Dövlət Statistika Komitəsinin məlumatları real vaxt rejimində təqdim olunmağa başlayıb" Bakı. 3 dekabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin məlumatları real vaxt rejimində təqdim olunmağa başlayıb.
Sosial müdafiə
3 Dekabr , 2018 12:00
Sədr müavini: Dövlət Statistika Komitəsinin məlumatları real vaxt rejimində təqdim olunmağa başlayıb
Report
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ "Dövlət Statistika Komitəsinin məlumatları real vaxt rejimində təqdim olunmağa başlayıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sisteminin təqdimat mərasimində Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov deyib.

O bildirib ki, müasir dövrdə statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyinin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir: "İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edir, qabaqcıl dünya ölkələrində tətbiq edilən innovativ yanaşmaların və ən yeni standartların öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası prosesini davamlı şəkildə həyata keçirir".

Y.Yusifov qeyd edin ki, ASİS -in əsas üstünlüyü istifadəçi yönümlü olmasıdır: "Hər bir istifadəçi bu imkandan yararlanaraq məlumat bazasında yerləşdirilmiş rəsmi statistik məlumatlar əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdıra, çap edə və yadda saxlaya bilər".

Son xəbərlər

Orphus sistemi