Bakı. 19 yanvar. REPORT.AZ/ İ.M. Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.
“Report” xəbər verir ki, Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın rektoru professor Əziz Əliyev giriş sözü söyləyib. Rektor tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr barədə məlumat verib.
Qeyd edilib ki, bu qanlı hadisələrə ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının ümummilli lideri
Rektor daha sonra vurğulayıb ki, Azərbaycan Prezidenti
Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş şeirlər, “Cənab leytenant”, “Vətən Anadır” mahnılarını ifa ediblər. Filialın birinci kurs tələbələri İlqar və Sona adlı gənc ər-arvadın taleyindən bəhs edən “Bir ailənin faciəsi” adlı kompozisiya nümayiş etdiriblər.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 147 nəfər mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 adam qanunsuz həbs edilib. Bakıya yeridilmiş sovet qoşunları 200 mənzili və evi talayıb, 80 avtomaşını, o cümlədən təcili yardım karetalarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər.
O qanlı gecə Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, həm də Azərbaycanın müstəqilliyi və suverenliyi naminə fədakarlıq və qəhrəmanlıq rəmzi kimi əbədi qalacaq.