Yuxarı

Şamaxılı Saray nənə qadınları təbrik edib - VİDEOREPORTAJ

Saray nənə bütün qadınların 8 Mart gününü təbrik edib
© Report

Şamaxı. 6 mart. REPORT.AZ/ 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Report” İnformasiya Agentliyinin könüllüləri Şamaxı rayonunda baş verən zəlzələ zamanı yaşadığı fərdi yaşayış evi qəzalı vəziyyətə düşən Saray Eyvazova ilə görüşüblər.

İş insanın cövhəridir deyib, zəhmət və əməyə böyük önəm verən, ömrünün 50 ilini Şamaxı rayonunda üzüm bağında işləməklə keçirən 92 yaşlı Saray nənə bütün qadınları bayram münasibəti ilə təbrik edib.

Saray nənə əlavə edib ki, Sovet İttifaqı dağıldıqdan sonra rayonun üzüm bağları məhv edilsə də, Şamaxının əvvəlki üzümçülük şöhrəti bərpa edilib.

O, bəzi gənclərdən giley-güzar edərək bildirib ki, indiki bəzi gənclərdə əməyə, işgüzarlığa müəyyən qədər biganəlik var: “İstər kişi, istərsə də qadın, fərqi yoxdur, insan gərək əməyə bağlı, zəhmətsevər olsun. Mən üzüm bağlarında işləməyə gedəndə 16 yaşım var idi. Məni işləməyə qoymurdular. Lakin gördülər ki, işə bağlı adamam, məcbur qalıb götürdülər. Mən üzüm bağına 2 kilometrdən çox yolu ilin bütün fəsillərində beli çiynimə qoyub ayaqla gedərdim. İndi gənclər isə oturub valideynlərindən hazır yemək gözləyirlər”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. 

Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevə məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.

Prezident İlham Əliyev evin 92 yaşlı sakini Saray Eyvazova ilə səmimi söhbət edib.

“Report”un könüllülərinin Saray nənə ilə görüşdən hazırladığı videoreportajı təqdim edirik.

Video: Rəşad Tuncay

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi