Salyanda pensiyaçıların problemi müzakirə olunacaq

Salyanda pensiyaçıların problemi müzakirə olunacaq Vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər
Sosial müdafiə
13 Noyabr , 2014 09:54
Salyanda pensiyaçıların problemi müzakirə olunacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın 19-da, saat 11:00-da qurumun Salyan rayon şöbəsinin inzibati binasında Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. "Report" xəbər verir ki, bu barədə DSMF-nin yaydığı məlumatda bildirilir.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi