Nazirlik vətəndaşların nazir Sahil Babayevin qəbuluna buraxılmamasına aydınlıq gətirib

Nazirlik vətəndaşların nazir Sahil Babayevin qəbuluna buraxılmamasına aydınlıq gətirib Bakı. 1 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 27-də Sabirabad rayonunda bir neçə vətəndaşın nazir Sahil Babayevin qəbuluna buraxılmadığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sosial müdafiə
1 Mart , 2019 11:47
Nazirlik vətəndaşların nazir Sahil Babayevin qəbuluna buraxılmamasına aydınlıq gətirib
Sahil Babayev / Report

Bakı. 1 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 27-də Sabirabad rayonunda bir neçə vətəndaşın nazir Sahil Babayevin qəbuluna buraxılmadığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”a bildirilib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib.

Qeyd olunub ki, bu müddət ərzində qəbula yazılan 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb: "Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb".

Son xəbərlər

Orphus sistemi