Yuxarı
    Bağlamaq

    Sahil Babayev qarşıda atılacaq addımları və görüləcək işləri açıqlayıb

    Dinlə
    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

    Bakı. 21 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qarşıda atılacaq addımları və görüləcək işləri açıqlayıb.

    "Report"un xəbərinə görə, "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyi təbliği" mövzusunda konfransda naziri Sahil Babayev bildirib ki, qarşıda atılacaq addımlara, görüləcək işlərə qeyri-formal məşğulluqla mübarizə, sosial təminatın daha da yaxşılaşması, məşğulluğun daha da genişləndirilməsi, Azərbaycanın çox müsbət demoqrafik inkişafının nəticələrini nəzərə alaraq bu inkişaf çərçivəsində yeni iş yerlərinin yaradılması, yeni ərzaq təminatı çağırışlarını nəzərə almaq, eyni zamanda yeni infrastrukturun, sosial müəssisələrin, sosial obyektlərin istifadəyə verilməsi daxildir: "Biz sosial siyasətimizin ünvanlılığını təmin etməyə, sosial siyasətimizin məhz məşğulluqla əlaqələnməsinə çalışırıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi