Yuxarı

Sahil Babayev: "İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var"

​Sahil Babayev: İşsizlərin birdəfəlik ödəniş üçün müraciət hüququ var

4375

© Report/Elchin Murad — Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Ailələrdəki işsiz olan övladların birdəfəlik ödəniş almaq hüququ ilə bağlı məsələyə aydınlıq gətirilib.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O, qeyd edib ki, ailələrdə işsiz olan övladların birdəfəlik ödəniş almaq üçün ayrıca müraciət etmək hüququ var.

Nazir xatırladıb ki, ər və ya həyat yoldaşı əmək müqaviləsi üzrə işləyirsə, dövlət artıq onlara yardım edir: “Eyni ailəyə ikinci yardımın edilməsi hər halda düzgün olmazdı. Ancaq həmin ailənin övladlarına bu hal şamil edilmir. Çünki hər bir övlad ayrıca ailə hesab olunur.

Misal olaraq, 4 nəfərlik ailədə ata, ana və 18 yaşı keçən əmək qabiliyyətli iki övlad varsa, ata və ananın biri hər hansı yardım alırsa, o zaman digərinə vəsait ödənilmir. Amma övladların ayrıca müraciət etmək hüququ var”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi